ABŞ-da məktəbdə atışma: 2 nəfər ölüb, 19 nəfər yaralanıb

ABŞ-da məktəbdə atışma: 2 nəfər ölüb, 19 nəfər yaralanıb
ABŞ-ın Kentukki ştatında ali məktəbdə baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kentukki polisinin məlumatında bildirilir.



“İki tələbə ölüb – qadın və kişi. Atəş açan şəxs tələbə olub. 15 yaşlı tələbə həbs edilib”, - deyə məlumatda bildirilir.



İnsidentin təfərrüatları açıqlanmır.
Tarix: 24-01-2018, 07:55
Xəbəri paylaş





Xəbər lenti