ABŞ generalı Türkiyəyə görə Rusiyanı ittiham etdi: - Aramızı vurur


ABŞ generalı Türkiyəyə görə Rusiyanı ittiham etdi:
Türkiyə ilə ABŞ münasibətlərinin gerilməsinin günahkarı Rusiyadır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Mərkəzi Komandanlığının generalı Cozef Votel çıxış edib.

Rusiyanı basqınçı adlandıran Votel ABŞ və Türkiyənin Suriya məsələsindəki gərginliyi diplomatik və hərbi yolla həll etməyə çalışdığını söyləyib:

"Moskva əvvəlcə müttəfiqlər arasında anlaşılmaz durum yaradır, daha sonra vasitəçilik etməyə çalışır".
 
Tarix: 14-03-2018, 09:35
Xəbəri paylaş





Xəbər lenti