Əlində təsbeh, yanında 50 mühafizəçilə küçələri gəzirdi: İndi hotellərini satışa qoyub



 


Adı Səudiyyə Ərəbistanındakı rüşvət və korrupsiya qalmaqalında hallanan, bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılan şahzadə Əl Vəlid bin Talaldan yeni xəbər var.

Cebhe.info xəbər verir ki, əlindəki təsbehi və yanındakı 50 mühafizəçisi ilə Türkiyənin Bodrum şəhərində küçələrində gəzməyi sevən ərəb şahzadəsi indi əmlakını satışa çıxarıb. Şahzadənin ilk olaraq Dəməşqdəki bir hotelini satdığı deyilir. 

Dünyanın ən varlı ərəbi  adlandırılan şahzadə Four Seasons hotelindəki hissələrini satıb. Hissələri Bəşər Əsədə yaxınlığı ilə tanınan Samer Foz satın alıb.

Tarix: 14-03-2018, 21:35
Xəbəri paylaş





Xəbər lenti