RUSİYA-PAKİSTAN YAXINLAŞMASI:"Taliban" çəkici ilə "İŞİD-Xorasan"ın başını əzmək cəhdi - TƏHLİL



Vinay Kaura

“Middle East İnstitute”

 

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asifin fevralın 19-dan fevralın 22-dək Rusiyaya səfəri İslamabadın “Taliban” sığınacaqları, xüsusilə də “Həqqani” şəbəkəsinin ləğvi ilə əlaqədar ABŞ təzyiqinə maneə törətməyə ümidsiz bir cəhd idi. Ancaq Moskva-İslamabad əlaqəsi Vaşinqtonun bugünkü Əfqanıstan strategiyası ilə müqayisədə yaxşı xəbər deyil, çünki bu, Rusiyanın Cənubi Asiyadakı prioritetlərini dəyişir.

Pakistan və Rusiya indi Əfqanıstan münaqişəsinin "siyasi həlli"nin dəstəklənməsi üçün yanaşmalarını birləşdirir. Bu, Əfqanıstan hökumət strukturlarında “Taliban”ın Pakistanın istəyinə uyğun bərpası deməkdir.

ABŞ prezidenti Donald Trampın Pakistana qarşı təcavüzkar mövqeyi və “Taliban”ı hərbi cəhətdən məğlub etmək istəyi də daxil olmaqla, bir sıra digər amillər Rusiyanı və Pakistanı daha da yaxınlaşdırıb. Pakistanın təhlükəsizlik qurumları qətiyyətlə ABŞ siyasətinə qarşı çıxır və qonşuluqda etibarlı dostlar tapmağa çalışır.

Moskvanın fikrincə, Vaşinqtonun “Taliban”ı döyüş meydanında məğlub etməkdə israrı yalnız Amerikanın Əfqanıstandakı hərbi varlığını uzadır. Həmçinin, Əfqanıstanın şimalında "İŞİD-Xorasan"ın yüksələn təhdidindən diqqəti yayındırır. Rusiya “Xorasan”ı öz milli təhlükəsizliyinə və Mərkəzi Asiya ölkələrindəki nüfuz dairəsinə birbaşa təhdid kimi baxır.

Rusiya-Pakistan əlaqələrinin artması əsasən Moskvanın iki strateji məqsədinə xidmət edir. Birincisi, "İŞİD-Xorasan" təhlükəsinin qarşısını almaq; ikincisi, Amerika nüfuzunu pozmaq.

Moskvanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zemir Kabulov fevralın 1-də " bir neçə min ehtiyat döyüşçüsünü nəzərə almadan, İŞİD-in təxminən 7 min aktiv yaraqlısı var", – deyə xəbərdarlıq edib. Rusiya və Mərkəzi Asiya vətəndaşları İŞİD-in böyük hissəsini təşkil etdiyindən Pakistan daha çox Rusiyanın zəiflik duyğusunu istismar etmək istəyir.

"İŞİD-Xorasan"la mübarizə Rusiya ilə “Taliban” arasında naqolay ittifaqın yaranmasına səbəb olub. Ruslar İŞİD-in qlobal təhlükə və “Taliban”ı lokal fenomen olaraq görmək fikrindədirlər. 2015-ci ilin dekabrında Kabulov bildirib ki, “"Taliban”ın maraqları bizim maraqlarla obyektiv şəkildə üst-üstə düşür… Həm Əfqanıstan, həm də Pakistan “Taliban”ları İŞİD-çiləri və İŞİD lideri əl-Bağdadini xəlifə kimi tanınmır".

Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantiski 2016-cı ilin dekabr ayında Əfqanıstandakı rus vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Moskvanın “Taliban”la əlaqələrini davam etdirdiyini söyləyib.

Xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin dekabr ayında Hindistana etdiyi səfər əsnasında Rusiyanın “Taliban”la diplomatik təmasda olduqlarını ifadə edərək, “Taliban”ın iştirakı olmadan Əfqanıstan münaqişəsinin həll edilə bilməyəcəyini bildirib.

Moskvanın “Taliban”la əlaqələri Rusiya-Əfqanıstan və Rusiya-Hindistan əlaqələrini gərginləşdirsə də, bu, bir sıra təhlükəsizlik narahatlıqları ilə bağlıdır. Rusiya siyasətçilərinin fikrincə, Əfqanıstanda uzun müddətli siyasi sabitliyin qorunması üçün zəruri olan “Taliban”la dialoq terrorizm riskinin Əfqanıstandan Orta Asiyaya qədər yayılmasını azaldır. Onlar, həmçinin Pakistanın Əfqanıstana sülhün gətirilməsində mühüm rol oynaya biləcəyinə inanırlar.

Fevralın 20-də Rusiya Əfqanıstanın (Pakistanın Heybər Paxtunxva əyaləti ilə həmsərhəd) şərqindəki Nənqərhar əyalətinə fəxri konsul təyin edib. Bu, vilayət qubernatoru bildirib ki, bu, Pakistan-Rusiya diplomatik əlaqələrində "yeni fəsil"dir.

Rusiya (2016-cı ilin dekabrında Moskva-İslamabad-Pekin sammitindən başlayaraq) 2017-ci ilin aprelində Orta Asiya ölkələri, İran, Hindistan və Əfqanıstan nümayəndələrinin iştirakı ilə bir çox ölkəni Əfqanıstan böhranının həlli ilə bağlı müntəzəm diplomatik danışıqlara dəvət edib.

Pakistan da "İŞİD-Xorasan" təhdidinə qarşı mübarizədə qiymətli tərəfdaş kimi özünü göstərmək istəyir. Moskva və İslamabad artıq İŞİD-ə qarşı hərbi əməkdaşlıq üzrə komissiya qurmağı planlaşdırırlar.

Fevralın 20-də Sergey Lavrov bildirib ki, "bütün bölgənin maraqlarına uyğun olan Rusiya və Pakistanın terrorla mübarizə potensialı artırılacaq”.

Bu, Pakistanı bölgədə terrorizmi yaymaqda ittiham edən Vaşinqton, Kabil və Dehli ilə qayğıları nəzərə alınmaqla, istehzalı haldır. Bundan əlavə, Moskvanın “Taliban”dan İŞİD-Xorasan qarşı alət kimi yararlanmaq cəhdləri Əfqanıstan münaqişəsinin geosiyasətinə mənfi təsir göstərir.

Vaşinqton və İslamabad arasındakı əlaqələrin kəskin şəkildə azalmasından sonra Pakistanın Rusiya ilə güclənən əlaqəsi xüsusi əhəmiyyət kəsb edir. Amerika və Əfqanıstan rəsmiləri dəfələrlə Pakistanı “Taliban” və onunla bağlı “Həqqani” şəbəkəsi döyüşçülərinə qarşı qətiyyətli tədbirlər görməyi tələb ediblər.

ABŞ isə Pakistan ordusunu cəza sanksiyaları ilə təhdid etməklə, hərbi sursat satışını dayandırmağa davam edir.

Xavaca Asif Moskvada Əfqanıstan münaqişəsinin həllində Pakistanın mövqeyini təkrarladı: "Əfqanıstanda xarici qüvvələr (ABŞ və NATO) son 17 il ərzində heç bir şeyə nail olmadı".

Əfqanıstan – münaqişə açarını heç kimin öz əlində tutmadığı bir yerdir. "İŞİD-Xorasan" Əfqanıstanın siyasi və etnik bölünməsindən istifadə etməyə çalışsa da, onun bu ölkədə gələcəyi yoxdur. Əslində, "İŞİD-Xorasan" Əfqanıstanda böyük əraziyə nəzarət etmir. Lakin strateji narahatlıq var. O, əksərən Əfqanıstan hökuməti və ya “Taliban”ın nəzarət etdiyi sahələrdə, əsasən, Nənqahar vilayətində fəaliyyət göstərir. “Xorasan” anti-Pakistan, eləcə də narazı “Taliban” elementlərindən ibarətdir. Bundan əlavə, "İŞİD-Xorasan"ın qəddarlığı yerli müqavimət yaradıb.

Əgər Pakistan öz ərazisində "İŞİD-Xorasan"a qarşı qəti addım atırsa, o, ərazi zənginliyini genişləndirə bilməz. Ən yaxşı hərəkət “Taliban” və "İŞİD-Xorasan"la mübarizədə zəif Əfqanıstan təhlükəsizlik güclərini gücləndirməkdir, əks halda, “Taliban” güclənəcək.

 

Tərcümə: Strateq.az

Tarix: 16-03-2018, 22:41
Xəbəri paylaş





Xəbər lenti