«Ukrayna hərbçiləri dövlət çevrilişinə hazırdırlar!» – Savçenko bəyan edib


 
«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ali Radanın deputatı Nadejda Savçenko bəyan edib ki, Ukrayna hərbçiləri dövlət çevrilişində iştirak etməyə hazırdır.
Deputatın sözlərinə görə, Ukraynada fəaliyyətdə olan hakimiyyəti yıxmağa hazır olan hərbçilərin sayı lazım olandan da artıqdır. Savçenko bəyan edib ki, güc strukturları Viktor Yanukoviçə qarşı çıxmağa da hazır idilər.
«Hərbçilər – iş adamıdırlar. Onlar az danışır, çoxlu lətifələr söyləyirlər və onların gücü də bundadır. Onlar bir çox hallarda kütbeyin olurlar və əmrləri yerinə yetirirlər, amma bunun da bir həddi var» – deyə, Savçenko «Strana.ua» nəşrinə verdiyi müsahibədə qeyd edib.
Bundan əvvəl, Ukraynanın Baş prokuroru Yuri Lutsenko Savçenkonu parlamentin binasında terror aktı hazırlamaqda günahlandırıb. Prokurorun sözlərinə görə, Savçenko «iki lojanı məhv etməyi – hökumət və məmur lojalarını, minamyotla Ali Radanın kümbəzini vurub salmağı və sağ qalanların avtomatla işini bitirməyi planlaşdırıb…».
Lutsenko Savçenkonu cinayət məsuliyyətinə cəlb etmək üçün razılıq veməyi Radadan xahiş edib. Bunun qarşılığında deputat bildirib ki, Baş prokurorun «başı xarab olub».

Tarix: 18-03-2018, 08:48
Xəbəri paylaş





Xəbər lenti