“Dünyanı Putin sınağından çıxmaq kimi qorxulu illər gözləyir”



“Seçkilərin nəticəsi Rusiyanın öz aqibəti üçün də yaxşı heç nə vəd etmir”



Rusiyada keçirilən prezident seçkilərdə Putinin qələbəsi həm Rusiya, həm də dünyanın bundan sonrakı gələcəyi ilə bağlı bir-birindən təzadlı proqnozlara yol açıb. 

Moderator.az-a açıqlamasında Rusiyada keçirilən seçkilərə toxunan politoloq Qabil Hüseynli, Putinin qələbəsinin bəşəriyyət üçün yaxşı heç nə vəd etmədiyini vurğuladı:

“Rusiyada seçkilər ədalətli keçmədi və sosial şəbəkələrdə yayılan məlumatlar da göstərdi ki, bu seçkilər ciddi saxtalaşdırmalarla müahidə edildi. Seçkilərdəki kvorm məsələsi ətrafında da polemikalar var. Bəziləri iddia edir ki, seçkilərdə lazımi sayda seçici iştirak etməyib. 
Putin bu günə qədər  o qədər də ürəkaçan xətt yeritməyib. Sürətlə silahlanmaya təkan verib, Qərblə ciddi qarşıdurma siyasəti yürüdüb və s.  Görünən odur ki, bu xətt bundan sonra da davam edəcək. Hətta bir çox təhlilçilər Putin dövrünün NATO ilə ciddi qarşıdurmaya, hətta müharibə  həddinə gətirib çıxaracağı qənaətindədir. 
Ölkə iqtisadiyyatının inkişafında isə ciddi nailiyyət əldə edilməyəcək. Qərbin sanksiyaları ölkə iqtisadiyyatını daraltmaqda davam edir. Qarşıdakı illər Rusiyada milli gəlirin aşağı düşməsi ilə müşahidə edilə bilər. Rusiyanı, bəlkə də bütün dünyanı qarşıdakı illərdə Putin sınağından çıxmaq kimi qorxulu illər gözləyir”.

Seymur Əliyev
Tarix: 19-03-2018, 21:35
Xəbəri paylaş





Xəbər lenti