"Rusiya Luqansk vilayətini hələ tam işğal etməyib..."- Şoyqu növbəti dəfə Putini aldatdı?..



Luqansk vilayət hərbi administrasiyasının(VHA) rəhbəri Sergey Qayday əmin edir ki, Luqansk vilayətinin ərazisi  Rusiya qoşunları tərəfindən hələ tam  işğal olunmayıb.
 

Moderator.az xəbər verir ki, VHA rəhbəri telegram-kanalında məlumat yayıb.

 “Bəs üç günə Kiyevi alacaqdılar?..  Dörd aydan çox müddət ərzində ruslar Luqansk vilayətinin cəmi 30 km-ni keçiblər... Luqansk vilayəti 100% işğal altında deyil. Vilayət civarlarında döyüşlər davam edir. Raşistlər də itki verməkdə davam edir..." -deyə Ukrayna rəsmisi bildirib.
 
 Qaydayın sözlərinə görə, ruslar bundan sonra Baxmut və Slavyanska qarşı hücuma keçəcəklər.
 
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin iyulun 3-də yaydığı məlumata görə, həmin tarixdə  müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinə "Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunması" barədə məruzə edib.
Belə çıxır ki, Şoyqu növbəti dəfə Putini aldadıb...
Tarix: 7-07-2022, 09:41
Xəbəri paylaş





Xəbər lenti