Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub


 
Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib.
Siam.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb:
“Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.
Tarix: 8-07-2022, 08:45
Xəbəri paylaş





Xəbər lenti