Baş nazirin iqamətgahı yandırıldı


Şri-Lankada etirazçılar Baş nazirin paytaxt Kolombodakı iqamətgahını yandırıb.

Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Qeyd olunur ki, iğtişaşlara görə prezident və baş nazir təhlükəsiz zonaya köçürülüblər. Onların harada olduğu məlum deyil. Baş nazir Ranil Vikramasinqxe günorta saatlarında siyasi partiya liderləri ilə telekonfrans yolu ilə görüşüb.

Səhər saatlarından küçələrə çıxan etirazçılarla polis arasında baş verən toqquşmalarda 30-dan çox adam xəsarət alıb.
Tarix: 9-07-2022, 21:30
Xəbəri paylaş





Xəbər lenti