Almaniyada ruslara qarşı ayrı-seçkilik böyüyür


Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda xaricdə rusofobiya, rus və rusdilli vətəndaşlara qarşı ayrı-seçkilik halları ilə bağlı xəbərlər tez-tez yayılmaqdadır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hələ aprelin 9-da Almaniyanın Ştutqart şəhərində “Rusdilli ayrı-seçkiliyinə qarşı” avtoyürüş keçirilmişdi. Yürüş iştirakçılarının bir çox avtomobilləri Rusiya bayraqları ilə bəzədmişdi. Nümayişçilər rusofobiyanın dayandırılmasını və təhsil müəssisələrində rusdilli uşaqlara qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edirdilər.
Amma məsələ bundadır ki, təkcə Almaniyada deyil, ümumiyyətlə, Avropada ruslara qarşı olan kin-küdurət bu gün də baş qaldırmaqdadır.
Qeyd edək ki, bu günlərdə Berlində Xristian Demokrat İttifaqının rəhbəri Stefan Eversə qarşı cinayət işinin açılması təklif edilib. Səbəb isə onun ölkəsində olan ruslara qarşı ayrı-seçkiliyi göstərilir.
Verilən məlumata görə, o apreldə rusofobiya əleyhinə keçirilən mitinqdə iştirak edənləri faşist adlandırıb.
Polisin müraciətlə bağlı araşdırmalara başladığı deyilir. Deyilənlərə görə, siyasətçinin günahı sübuta yetirilərsə, onu 5 ilə qədər həbs gözləyir.
Tarix: 11-07-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti