Ukraynada polyaklara xüsusi status verilir - Bundan sonra...


Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada müharibə başlayandan bəri ukraynalıların Polşadan aldığı eyni hüquq və təminatları Polşa vətəndaşlarına təqdim etməyi təklif edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsinin mətni Ali Radanın saytında dərc olunub.
Qanun layihəsinə görə, Rusiyanın başlatdığı təcavüzkar müharibə ilə əlaqədar Polşada 12 mart 2022-ci ildə qəbul edilmiş “Ukrayna vətəndaşlarına yardım haqqında qanununda” müəyyən edilmiş hüquq və təminatların eynisi polyaklara veriləcək.
Polyaklar, Ukrayna qanunvericiliyinə uyğun olaraq, işə düzəlmək, iqtisadi fəaliyyət, təhsil müəssisələrində oxumaq, Ukraynada tibbi xidmət və müəyyən sosial müavinətlər əldə edəcəklər.
Xatırladaq ki, prezident Vladimir Zelenski dünən Polşanın Przemışl şəhərinə “Xilaskar şəhər” adının verilməsi haqqında fərman imzalayıb.
Tarix: 12-07-2022, 08:35
Xəbəri paylaş





Xəbər lenti