Xersonda rus qvardiyasının bazası vuruldu - 150 ölü


 
Ukraynanın Xerson şəhərində Rusiya ordusu qvardiyasının bazasına "Himars"la endirilən zərbə nəticəsində 150 rus hərbçisi və 5 yüksək rütbəli zabit ölüb.
Bu barədə Ukraynanın Odessa şəhərində yaşayan həmvətənimiz, "Yeni Müsavat"ın reportyoru Anar Natiqoğlu məlumat verib.
Əməkdaşımızın sözlərinə görə, ölənlər arasında Simferopolda yerləşən 22-ci ordu korpusunun qərargah rəisi, general-mayor Nasibulin, 20-ci motoatıcı diviziyanın qərargah rəisi, polkovnik Sergey Kens, 20-ci motoatıcı diviziyanın komandiri, polkovnik Andrey Qorobets, həmin diviziyanın operativ əməliyyat bölməsinin rəisi, polkovnik-leytenant Koval, artilleriya rəisi, polkovnik-leytenant Qordeyev də var.
Xəbərdə o da bildirilir ki, böyük hərbi itkidən mütəəssir olan ruslar teleqram səhifələrində təəssüfləndiklərini bildirir, qisasa çağırış edirlər.
Tarix: 12-07-2022, 14:08
Xəbəri paylaş





Xəbər lenti