ABŞ Suriyada İŞİD liderinin öldürüldüyünü açıqladı: Mahir əl-Aqal PUA ilə məhv edilib...

ABŞ Suriyada İŞİD liderinin öldürüldüyünü açıqladı: Mahir əl-Aqal PUA ilə məhv edilib...
ABŞ Suriyada İŞİD liderinin öldürüldüyünü bildirib.
 
Qrupun bütün ölkə üzrə fəaliyyətinin kuratoru Mahir əl-Aqal məhv edilib.
 
Suriyada “İslam Dövləti” (“İŞİD”) beynəlxalq terror qruplaşmasının liderlərindən biri olan Mahir əl-Aqal öldürülüb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb.
 
Onlar bildiriblər ki, zərbə çərşənbə axşamı, iyulun 12-də Suriyanın şimal-şərqindəki Cindeiris bölgəsində Mərkəzi Komandanlıq qüvvələri tərəfindən həyata keçirilib. Hücum pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Əl-Aqal öldürülüb, daha bir yüksək rütbəli silahlı isə ağır yaralanıb. Onun adı açıqlanmır.
 
ABŞ Müdafiə Nazirliyi zərbə nəticəsində mülki əhali arasında itkilərin olmadığını iddia edir.
 
Pentaqon aydınlaşdırıb ki, əl-Aqal bütün Suriya ərazisində İŞİD-in fəaliyyətinə nəzarət edib. Eyni zamanda o, qruplaşmanın dünyadakı dörd əsas liderindən biri idi.
 
Reuters xəbər agentliyinin mənbələri qeyd ediblər ki, terrorçuların liderinin ölümü, İŞİD komandanlığının böyük ərazilər itirildikdən sonra qruplaşmanın fəaliyyətini yenidən partizan hərəkatına çevirmək cəhdlərinə növbəti zərbə olub.
 
Fevral ayında ABŞ prezidenti Co Bayden Suriyada İŞİD-in əsas lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin məhv edildiyini də açıqlamışdı. Onun sözlərinə görə, əməliyyatı ABŞ hərbçiləri ölkənin şimal-qərbində həyata keçirmişdi.Moderator.az

Tarix: 13-07-2022, 10:10
Xəbəri paylaş





Xəbər lenti