Rusiya qüvvələri Ukraynanın Vinnitsa şəhərini bombaladı - Çoxlu sayda ölü və yaralı var


Rusiya Silahlı Qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Vinnitsa Şəhər Şurasının “Telegram” kanalında məlumat paylaşılıb.  

Bildirilib ki, şəhərdə bir neçə partlayış səsi eşidilib. İlkin məlumata görə, partlayışlar nəticəsində 8 nəfər ölüb, biri azyaşlı olmaqla 20-dən çox insan yaralanıb. 

Həmçinin məlumatda "Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - deyə qeyd olunub.


 
 
 

Tarix: 14-07-2022, 14:13
Xəbəri paylaş





Xəbər lenti