Rusiya ordusunda imtina dalğası: Müqaviləli hərbçilər evə qayıdırlar


Rusiya ordusunda imtina dalğası: Müqaviləli hərbçilər evə qayıdırlarUkraynada əsir düşmüş Rusiya əsgərləri

Buryatiyada böyük əksəriyyət Ukraynadakı müharibənin ağırlığını çiyinlərində hiss edir. Çünki respublikanın minlərlə sakini döyüşlərə aparılıb. Rusiya ordusunda ən böyük itki verən bölgə Buryatiyadır. Buna görə orada böyük narazılıq yaranıb. Müqavilə ilə hərbi xidmət keçənlər ordudan imtina edir. Hətta böyük imtina dalğasının yarandığını demək olar.

Bizimyol.info xəbər verir ki, 150 müqaviləli hərbçi Buryatiyaya qayıdıb. Onları Ulan-Ude hava limanında çoxsaylı yaxınları qarşılayıb. “Azad Buryatiya” fondunun əməkdaşlarının dediyinə görə, ordudan tərxis olunmaq istəyən hərbçilərin sayı dayanmadan artır. Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsinə son qoymaq istəyən azı 350 nəfər fonda müraciət edib.
Hərbi qulluqçuların dediyinə görə, müqaviləyə son verəndən sonra çox pis münasibətlə üzləşiblər. Onları əvvəlcə Luqansk vilayətində düşərgədə saxlayıblar. Burada xeyli təhdid səslənib. Onlara haqqında cinayət işi açılacağını deyiblər.
“Azad Buryatiya” fondunun rəhbəri Aleksandra Qarmajapova deyir ki, təhdidlərə baxmayaraq, son aktdan sonra say yalnız artır.
“Hüquqi şöbəmizin bazar ertəsindən necə gərgin işlədəyini təsəvvür etməzsiniz. Çoxu öyrənib ki, müqavilələrə uğurlu şəkildə son vermək olar. Gəlib soruşurlar ki, “ərimi, qardaşımı, oğlumu necə xilas edə bilərəm?” Yalandan xəbər yayırlar ki, guya Ukraynaya getmək istəyənlərin sayının çoxluğuna görə hərbi komissarlıqların qarşısında növbələr yaranıb. Əksinə, getmək istəməyənlərin sayı çox artıb”.
Qarmajapovanın dediyinə görə, proses hərbi qulluqçulardan birinin qohumunun hüquqi şöbənin rəhbəri Andrey Rinçinoya müraciətindən sonra başlayıb. Onlar öyrənib ki, müqaviləli hərbçilər raport yazır, amma onları qanunları bilmədiklərinə görə aldadırlar.
“Ukraynalılarda elə təəssürat yaranıb ki, əsas döyüşən buryatiyalılardır. Çünki bizim respublikadan olanları ön cəbhəyə göndərirlər. Hərbçilərin yaxınları buna görə çox narahatdır. Tendensiyaya son qoymağın vaxtı çatıb. Buryatiyada insanlar müharibənin əleyhinədir. Müqaviləsinə son vermiş hərbçilərdən biri mənə danışırdı ki, orduda rus dünyası yaratmaqdan danışırlar. Buryatiyalılar niyə Rusiya dünyasının yaradılması prosesində iştirak etməlidirlər? Rusiya ordusunda aşkar irqçilik var. Buryatiyalılar anlamağa başlayıb ki, onların Ukraynada işi yoxdur”.
Tarix: 14-07-2022, 23:30
Xəbəri paylaş





Xəbər lenti