Bu gün Rusiyanın taleyi həll olunacaq


Bu gün Rusiyanın taleyi həll olunacaq


Avropa Komissiyası cümə günü, iyulun 15-də Rusiyaya qarşı sanksiyalara düzəlişlər təklif edəcək.
Cebhe.info bu barədə "Reuters" agentliyinə isnadən xəbər verir.
Belə ki, mövcud sanksiyaların Rusiyadan ərzaq və taxıl ixracına təsir etməməsi üçün düzəlişlər gözlənilir.
AK həmçinin sanksiyalara qızıl, kimya sənayesi və maşınqayırma üzrə məhdudiyyətlər əlavə etmək təklifi ilə çıxış etmək niyyətindədir.
Xatırladaq ki, may ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının vitse-direktoru Mauritsio Martin dünyada ac və pis qidalanan insanların sayının 200-dən 218 milyon nəfərə qədər arta biləcəyini bildirib.
Tarix: 15-07-2022, 15:24
Xəbəri paylaş





Xəbər lenti