Xalqına xidmət edən İspaniya hakimiyyəti: Qatarlar pulsuz, ictimai nəqliyyat 50 faiz ucuz


İspaniyada qatarlarda gediş-gəliş pulsuz olacaq.
Bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, İspaniya hakimiyyəti Avropada baş verən enerji böhranı və yüksək inflyasiya səbəbindən bu qərarı verib.
Beləliklə, 2022-ci il sentyabrın 1-dən Renfe Dəmiryolu nəqliyyatının bir çox qatarları ölkə əhalisi üçün ödənişsiz fəaliyyət göstərəcək.
Bundan əlavə, İspaniya hökuməti digər ictimai nəqliyyatların gediş haqlarını da 50 faiz azaldacağını vəd edib.
Tarix: 15-07-2022, 23:01
Xəbəri paylaş





Xəbər lenti