"Ermənistanın strateji məqsədi ölkə sərhədlərini Sərhəd Qoşunlarının mühafizəsinə verməkdir"


Ermənistan hakimiyyətinin strateji məqsədi ölkə sərhədlərini sərhədçilərin mühafizəsi altına keçirməkdir.

Moderator.az xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan iyulun 15-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılmasının 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə deyib.
 
News.am-a respublika hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, baş nazir xüsusilə qeyd edib ki, ölkənin üzləşdiyi təhlükəsizlik problemləri nəinki həll olunmayıb, əksinə, bu hələ də narahatlıq doğurmaqda davam edir.
 
“Biz hamımız, ilk növbədə, ölkənin siyasi rəhbərliyi ölkəmizin sərhədləri boyunca sülhün və sabitliyin təmin olunmasına çalışmalıyıq. Ümumiyyətlə, bizim strateji məqsədimiz Ermənistan Respublikasının bütün sərhədini sərhədçilərin mühafizəsi altına keçirməkdir. Onlar öz xüsusi funksiyalarını yerinə yetirməlidirlər - sərhəd mühafizəsi, bura həm qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, həm də sərhədi qanunsuz keçmə ilə mübarizə, qeyri-qanuni fəaliyyətlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə daxildir”, - Nazirlər Kabinetinin rəhbəri bildirib.
 
Paşinyanın fikrincə, Ermənistan hakimiyyətinin siyasətinin məntiqi ondan ibarətdir ki, Ermənistanın bütün sərhədləri istisnasız olaraq sərhəd qoşunlarının nəzarətinə keçsin və ordu hissələri öz daimi dislokasiya yerlərinə qayıtsın.
 
“Silahlı Qüvvələrin məntiqindən danışanda, sülh gündəliyindən danışanda bunu nəzərdə tuturuq. Ermənistan hökumətinin sülh gündəmini qəbul etdiyini deyəndə bunu nəzərdə tuturuq. Təbii ki, biz bütün bunların hansı çətinliklərlə bağlı olduğunu başa düşürük. Çox müzakirələr var ki, bəli, bizə sülh lazımdır, amma nəyin bahasına olursa olsun deyil. Ümumiyyətlə, heç kimə nəyin bahasına olursa olsun lazım deyil, çünki hər şeyin öz qiyməti var və sülhü öz qiymətinə əldə oluna bilər”, - deyə Paşinyan bildirib.
 
Baş nazir dövlət sərhədinin mühafizəsində göstərdiyi şücaətə görə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının bir sıra əməkdaşlarına dövlət mükafatlarını da təqdim edib.
Tarix: 16-07-2022, 08:50
Xəbəri paylaş





Xəbər lenti