"Böyük Britaniya qırıcıları Putin ordusu ilə döyüşə hazırdır..."- HHQ komandanı


"Britaniya HHQ komandanının sonuncu cümləsində "Gürcüstan"dan öncəki üç nöqtənin yerində hansı ölkəni nəzərdə tutması da maraqlıdır..."
 

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin(HHQ) komandanı Mayk Viqston Britaniya qırıcılarının Rusiya təhlükəsinə qarşı döyüşə hazır olduğunu bildirib.
 
Moderator.az  "UNİAN"a istinadla xəbər verir ki, o, bu barədə "Sky News" telekanalında danışıb.
 
“Böyük Britaniya döyüş təyyarələri və pilotları Putinin silahlı qüvvələrinin Böyük Britaniya və ya onun müttəfiqləri üçün təhlükə yaradacağı halda döyüşməyə hazırdırlar".
 
Londonun Rusiya ilə birbaşa münaqişəyə cəlb olunma ehtimalının nə dərəcədə olması barədə suala cavab olaraq Britaniya Hərbi Hava Qüvvələrinin komandanı qeyd edib ki, Moskva “getdikcə aqressivləşir”.
 
"Biz buna hazır olmalıyıq və bu, mənim fikrimcə, Ukraynaya təcavüzdən sonra Avropa təhlükəsizliyi üçün ən vacib dərsdir" -deyə Viqston cavab verib.
 
"Bu o deməkdirmi ki, Britaniya HHQ həqiqətən döyüşə hazır olmalıdır" sualını isə komandan belə cavablandırıb: 
 
“Mən şübhə etmirəm ki, Rusiya Böyük Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Sadəcə, onun yalnız Ukraynada deyil, həm də bundan əvvəl... Gürcüstandakı davranışına baxın..."
 
P.S. Britaniya HHQ komandanının sonuncu cümləsində "Gürcüstan"dan öncəki üç nöqtənin yerində hansı ölkəni nəzərdə tutması da maraqlıdır...
 
Sultan Laçın
Tarix: 16-07-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti