"Rusiya nasist Almaniyasını xatırladır və onun yeganə ideologiyası ifrat millətçilikdir"


"Çində 90 milyonluq Kommunist Partiyası var və onun daxilində möhkəm intizam hökm sürür"
"Rusiyada hər şey bir nəfərin ətrafında fırlanır və o, gedəndən sonra nə baş verəcəyi aydın deyil"
 
"Ukraynada uzunmüddətli müharibənin iki böyük təhlükəsi var, biri Avropanın Ukraynaya dəstək verməsi, digəri rusiyayönümlü Trampın yenidən prezident postuna qayıtmasıdır"
 
Müasir Rusiyada prezident Vladimir Putinin ətrafında fırlanan milliyyətçi rejim hökm sürür.
 
Moderator.az xəbər verir ki, bu barədə "Alman dalğası" nəşrinə müsahibəsində Amerikanın Stenford universitetinin filosofu Frensis Fukuyama bəyan edib.
 
"Bu gün Rusiya mənə nasist Almaniyasını xatırladır. Onun yeganə ideologiyası, nasistlərdən az inkişaf etmiş olsa da, ifrat milliyyətçilikdir. Bundan başqa, bu rejim çox zəif təsisatlara malikdir və bir nəfərin-hakimiyyətin bütün əsas təsir vasitələrinə nəzarət edən Vladimir Putinin ətrafında flrlanır", - Fukuyama deyib.
 
O, Rusiya ilə Çini müqayisə edərək, bu qənaətə gəlib ki, bu ölkələr bir-birindən "çox fərqlənir".
 
"Çində sıralarında 90 milyon üzvü olan nəhəng Kommunist Partiyası var. Bu partiyanın daxilində möhkəm intizam var. Orada yüksək vəzifəyə təyin edilmək üçün və bütün dövlət sisteminin necə idarə edilməsinə dair çoxsaylı qaydalar var. 
 
Rusiyada dövlət rejiminin belə təsisatları yoxdur. Hər şey həqiqətən prezidentin və onun konkret qərarları ətraflnda firlanır. Ona görə də Putin gedəndən sonra nə baş verəcəyi aydın deyil", - Fukuyama belə hesab edir.
 
O, güman edir ki, "bütün güc nazirlikləri və onun hakimiyyətinin əsasını təşkil edən daxili qüvvələr arasında hakimiyyət uğrunda böyük savaş başlanacaq".
 
"Mən düşünmürəm ki, bu, sabit rejimdir. Mən bu siyasi rejimin kənara fokuslandıra biləcək dəqiq ideologiyasını görmürəm. Mən hesab edirəm ki, Putin rejimini müdafiə edənlər ən müxtəlif səbəblərdən Qərbi xoşlamayan insanlardır. Onlar, məsələn, Venesuelanın rəhbərliyi kimi, sol qüvvələr, yaxud, Macarıstan kimi sağ qüvvələr ola bilər. Bununla da hər şey bitir, Rusiyanın indiki rejiminin hansısa ardıcıl siyasi ideologiyası yoxdur", - filosof qeyd edib.
 
Daha sonra Fukuyama Ukraynada uzunmüddətli müharibənin iki "böyük təhlükəsi"ni açıqlayıb. Onlardan birini Trampla əlaqələndirib.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa və ABŞ üçün test olacaq, - Fukuyama belə hesab edir.
 
Jurnalist Qərbi gözləyən təhlükə və onun "Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi tədqirdə parçalana biləcəyi" barədə filosofa sual ünvanlayıb.
 
"İki böyük təhlükə var. Birincisi test növbəti qışda Avropanın Ukraynaya dəstək verməsi ilə bağlıdır. Rusiya faktiki olaraq təbii qaz tədarükünü dayandırıb. Mən düşünürəm ki, soyuqlar düşdükcə, Avropanın gerçəkdən Rusiya qazının əvəzini tapmaq problemi yaranacaq.
İkinci təhlükə sizin xatırlatdığınız məsələdir", ' Fukuyama belə cavab verib.
 
Onun sözlərinə görə, ABŞ-da artıq Ukraynaya dəstək Respublikaçılar Partiyası tərəfindən zəifləyir, respublikaçı isə "əks tərəfdə olan və ukraynayönümlü deyil, rusiyayönümlü olan Tramp dayanıb".
 
"Aydındır ki, o, 2024-cü ildə prezident postuna qayıtsa, bu, Rusiyanın bu günə olan bütün problemlərini həll edə bilər, çünki Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətindədir. Beləliklə, Kreml Amerika siyasətinin dəyişilməsilə özünün başlıca məqsədlərinə nail olacaq. Məhz buna görə də mən Ukraynanın müəyyən irəliləyişə nail olmasını və yay ərzində döyüş meydanında təşəbbüsü ələ almasını son dərəcə vacib hesab edirəm", - filosof izah edib.
 
O, hesab edir ki, Qərbin yekdilliyi "insanların yaxın perspektivdə problemin ehtimal edilən həllinə inamından asılıdır".
 
"Əgər belə bir fikir üstünlük təşkil edəcək ki, vəziyyət dalana dirənib və əbədi davam edəcək, o zaman Qərbin yekdilliyində çatlar əmələ gələcək  və Ukraynaya müharibəni dayandırmaq üçün əraziləri güzəştə getməyə çağırışlar səslənəcək", - Fukuyama güman edib.
Tarix: 16-07-2022, 23:10
Xəbəri paylaş





Xəbər lenti