"Təlxək" Putin və "dəmir" Zelenski rusiyalı diplomatlarda isteriya doğurub...


 "Putin dərin inanclı pravoslav, ənənvi xristian dəyərlərinə tərəfdar olan şəxsdir..."
 
 
 
Rusiyanın İsveçrədəki səfirliyi "Neue Zurcher Zeitung" qəzetində dərc edilən məqalədən hiddətlənib. Məqalədə Rusiya prezidentinin karikaturası verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının diplomatik missiyasının saytında bəyan edilib.
 
Diplomatik missiya "təhqir xarakterli" materialla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməklə təhdid edib.

Söhbət hərbi dövrə aid dərc edilən bir neçə materialdan gedir. Onlardan birində Rusiya prezidenti təlxək burunla və əlvan sifətlə təsvir edilib, digərində Zelenski Amerika kapitanı obrazında təqdim edilib.
 
Səfirlikdə deyiblər ki, məqalə "dərk ediləcək həddən kənar"dır, Rusiya lideri klounada, LQBT birliyi (seksual azlıqlar-red.) və hərbi cinayətkarlara istinad edilib.
 
"Klounadadan danışsaq, o zaman bu mövzuya sabiq ukraynalı komik Zelenskinin yaxın keçmişi kontekstində toxunmaq yerinə düşərdi", - rusiyalı diplomatlar bəyan edib və Ukrayna liderini güclü "dəmir adam" formasında təsvir edilməsindən hiddətləniblər.
 
Rusiyanın diplomatik idarəsinin nümayəndələri Putini "dərin inanclı pravoslav, Rusiya cəmiyyətində ənənəvi xristian dəyərlərinin qorunub saxlanmasına tərəfdar olan, LQBT-cəmiyyətinin pərəstişkarı olmayan insan" kimi səciyyələndiriblər.
 
Diplomatik missiya bu və "gələcəkdə böhtan və təhqir xarakterli materiallara" görə hüquq-mühafizə orqanlarına müraciət edəcəkləri ilə təhdid edib.
 
"Neue Zurcher Zeitung" qəzeti rusiyalıların iddialarını şərh etməyib. Amma materiala yazılan şərhlərdə qeyd olunub ki, bundan sonra məhz səfirliyin ona diqqət göstərməsi səbəbindən "təlxək" Putinin fotosu bütün sosial şəbəkələri bəzəyəcək.
 
Öz növbəsində Britaniyanın "Guardian" qəzetinin icmalçısı və baş redaktorunun köməkçisi Saymon Tisdall əmin edib ki, "Kiyevin inadkar müqavimətindən hiddətlənən və onu təcavüzünə görə  cəzalandıranlara ağrı törətmək ovqatında olan Putin bütün Avropanı ələ salmaq niyyətindədir".

Tarix: 18-07-2022, 08:17
Xəbəri paylaş





Xəbər lenti