Türkiyənin daxili işlər nazirinin əmisi oğlu silahlı hücumda öldürüldü


Hadisəni törədən şəxs polisə təslim olub
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib. AYNA “Haber Global”a istinadən xəbər verir, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib.
Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb.
Yaralı Of Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs polisə təslim olub. Faktla bağlı araşdırmalara başlayıb.
Tarix: 19-07-2022, 08:47
Xəbəri paylaş





Xəbər lenti