Ukrayna baş prokuroru prezident Zelenskinin fərmanını heçə sayıb?


Prezidentin sərəncamı ilə baş prokuror vəzifəsindən uzaqlaşdırılan İrina Venediktova vəzifəsindən getmədiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” saytı məlumat yayıb.
İrina Venediktovanın sözlərinə görə, baş prokurorun vəzifədən azad edilməsi proseduru hamıya yaxşı məlumdur, digəri isə qanunda nəzərdə tutulmayıb.
"Prezidentin rəyi və ya qərarı ilə mübahisə edə bilmərəm və mübahisə etmək fikrində də deyiləm - prezidentin qərarlar qəbul etmək hüququ var. Lakin Baş prokurorun vəzifədən azad edilməsi proseduru hamıya yaxşı məlumdur”,-deyə o, mövqeyini bu sözlərlə izah edib.
Baş Prokurorluqdakı mənbələr də İ.Venediktovanın onun çıxarılması ilə bağlı qərarla razılaşmayıb və hətta bazar ertəsi işə çıxdığını bildiriblər.
Gələn xəbərlərə əsasən, bazar ertəsi səhər saat 10-da Baş prokurorun səlahiyyətlərinin icrası həvalə edilmiş Aleksey Simonenko ofisdə işgüzar görüş keçirmək istəyib. Lakin idarədə olan Venediktova orada iştirak etmək arzusunu söyləyib. A.Simonenko bunun əleyhinə çıxıb və bu səbəbdən görüş baş tutmayıb. Yeni baş prokuror müavinləri ilə görüşməklə kifayətlənib və onlara kadr dəyişikliyinin nəzərdə tutulmadığını deyib.
Tarix: 19-07-2022, 08:55
Xəbəri paylaş





Xəbər lenti