Putin niyə ön cəbhəyə etnik azlıqları göndərir?


Putin niyə ön cəbhəyə etnik azlıqları göndərir?Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin etnik rusları kütləvi səfərbərlikdən və Ukraynaya döyüşə göndərilməkdən qorumağa çalışır. Digər millətlərdən olan rusiyalılar qeyri-mütənasib şəkildə yüksək itkilərə məruz qalır və bu, artıq narazılığa səbəb olmağa başlayıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) xülasəsində məlumat verilib.
Xatırladaq ki, artıq Şərqi Sibirdə Yeni Tuva hərəkatı - Tuva milli azlığının fəallarından ibarət anti-müharibə təşkilatı yaradılıb. Rusiyada artıq onları Rusiya Federasiyası daxilində müharibə əleyhinə təbliğat aparmaqda və etnik ədavəti qızışdırmaqda ittiham etməyə başlayıblar.
Qeyd edək ki, ISW və digər analitiklər bir müddət əvvəl  Ukraynadakı işğalçılar arasında etnik olmayan rus batalyonlarının üstünlük təşkil etdiyini, bu batalyonların Çeçenistan, Cənubi Osetiya, Tuva, Tatarıstan, Başqırdıstan, Çuvaşiya və başqalarından olan hərbçilərin olduğunu bildirmişdilər.
ISW ekspertləri hesab edirlər ki, Putinin etnik rusları kütləvi səfərbərlikdən təcrid etmək cəhdi Rusiyanın bəzi müharibənin ağır yükünü qeyri-mütənasib şəkildə çəkən etnik anklavlarında müqavimətə və daxili gərginliyə səbəb ola bilər.
Xatırladaq ki,  Rusiya federasiyanı təşkil edən 85 “federasiya subyekti”ndə könüllülərdən ibarət batalyonların formalaşdırılması üçün genişmiqyaslı kampaniyaya başlayıb. Bu, çox güman ki, Rusiya ordusunda çoxlu pul ödənilən, keyfiyyətsiz əsgərlərin artmasına səbəb olacaq. Batalyonların hər birinin yaşı 18-60 arasında olan təxminən 400 kişidən ibarət olacağı ehtimal edilir.
Onlar silahlı qüvvələrin müxtəlif sahələrinə, o cümlədən motoatıcı, tank və dəniz piyadaları, rabitə və maddi-texniki təchizat sahələrinə bölünəcəklər. İşə qəbul edilənlərdən hərbi xidmət təcrübəsi tələb olunmur və Ukraynaya göndərilməzdən əvvəl yalnız 30 günlük təlim keçəcəklər.
Analitiklərin fikrincə, bu işə götürmə səyləri baha başa gələcək. Rusiya Müdafiə Nazirliyi könüllülərə maaş, “federasiya subyektlərinə” isə işə qəbulla bağlı müavinət ödəyəcək. Əmək haqqı adətən bir əsgər üçün ayda təxminən 3000 dollardan və ya 400 nəfərlik birlik üçün ayda təxminən 1,2 milyon dollardan başlayır.
Könüllülər Ukraynada xidmət etsələr, veteran statusu və imtiyazlar əldə edəcəklər, üstəlik, əmək haqqı və bonuslar qazanacaqlar.
Tarix: 19-07-2022, 15:01
Xəbəri paylaş





Xəbər lenti