"Rusiyanın baş oğrusu aztəminatlı ailələrin sayını artırır, onun ailəsi isə milyardlarla aktivlərə malikdir..."


"Kabayeva fondu" aztəminatlı ailələr və məhdud imkanları olan uşaqlara yardım məqsədilə yaradılıb"
 "Fondun ümumi hesabında 218 milyon rubl vəsait var, onun 74 milyonu könüllü ianələr, 141 milyonu isə gəlirdir..."
 
Putinin sevgilisinin fondu qəflətən müəmmalı sponsorundan milyonlar əldə edib...
 
Rusiyanın müxalif jurnalistləri müəyyən edib ki, Vladimir Putinin çoxdankı sevgilisi Alina Kabayeva gözlənilmədən öz xeyriyyə fondunun hesabına böyük məbləğdə- 218 milyon rubl (təxminən 3 milyon 880 min ABŞ dolları-red.) vəsait əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Navalnı komandası" özünün "Telegram-kanalı"nda yazıb.
 
Məlumatda deyilir ki, 2019 və 2020-ci illərdə fond, ümumiyyətlə, pul almayıb və heç bir fəallıq göstərməyib, heç bir ianələr də həyata keçirilməyib.
 
Öz növbəsində "İzah edə bilərik" "Telegram-kanal"ının jurnalistləri Rusiyanın "Dövlət informresurs mühasibatlıq hesabatı" saytından fond materiallarını öyrənib. 
 
Müəyyən edilib ki, ümumi məbləğin 74 milyonu könüllü ianələrdir, 141 milyonu isə gəlirdir. Fondu maliyyələşdirən sponsorlar məlum deyil, saytda onların adları göstərilməyib.
 
Bundan başqa, fondun debitor borcları 2021-ci ildə 3, 6 milyondan 30, 8 milyon rubladək, onun hesablarındakı balans isə 46 milyondan 92 milyonadək artıb.
 
Fondun saytında deyilir ki, fond 2008-ci ildə yaradılıb və onun məqsədi "ehtiyacı olan aztəminatlı ailələr və məhdud imkanları olan uşaqlara yardım etməkdir".
 
2021-ci ildə fond xeyriyyə məqsədlərinə 27 milyon rubl, rəhbərlik üçün isə 8 milyon xərcləyib.
 
"Bu, ruyakarlıqdır, nəzərə alsaq ki, ölkənin baş oğrusu həmin o aztəminatlı ailələlərin sayını artırır, onun ailəsi isə milyardlarla aktivlərə malikdir", - "Navalnı komandası" qeyd edib.
 
Fondun rəsmi sahibi Alinanın kiçik bacısı Leysan Kabayevadır. 
 
Təşkilat Kabayevanın anası Lyubov Kabayevanın direktoru olduğu "Kuntsevo" idman klubunun ünvanı üzrə qeydə alınıb.
 
Xatırladaq ki, aprelin sonunda Rusiya prezidentinin sevgilisi ictimaiyyət qarşısına nişan üzüyündə çıxıb. 
 
KİV-lərdə dərhal məlumatlar yayılıb ki, Putinlə Kabayeva öz münasibətlərini rəsmiləşdirib.
 
Həmçinin, onun Putindən yenidən hamilə olduğu və buna heç də sevinmədiyi, hətta abort etmək istədiyi barədə inadlı şayiələr dolaşır.
Tarix: 19-07-2022, 23:15
Xəbəri paylaş





Xəbər lenti