Lavrov Rusiyanın Ukraynada işğalçılıq müharibəsi apardığını etiraf edib


 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin təcavüzkar xarakterli daşıdığını etiraf edib.
Musavat.com xəbər verir ki, Sergey lavrov bununla bağlı RİA-Novosti agentliyinə müsahibəsində danışıb.
Ukrayna mediası müsahibədən Kreml Donbasda qurduğu oyuncaq qondarma “respublikalar”dan başqa, Ukraynanın bir sıra regionlarını da “xilas etməyi” planlaşdırdığı nəticəsini çıxarıb.
Sergey Lavrovun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı “xüsusi əməliyyatı” vəzifələri dəyişib. İndi Kreml təkcə Donbasa deyil, Ukraynanın digər bölgələrinə də iddia edir.
Xarici işlər nazirinin bildirdiyinə əsasən, Qərb tərəfdaşları Kiyevə uzaqmənzilli silahlar tədarük etsələr, o zaman Rusiya özünü “təhlükəsizliyini təmin etmək” üçün Ukraynanın cənub-şərqinin digər ərazilərini də ələ keçirəcək.
"İndi coğrafiya dəyişib. O, təkcə "DXR" və "LXR" olmaqdan çıxıb, həm də Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər əraziləri də əhatə edir",-deyə o, qeyd edib.
Lavrov Kremlin “Ukraynanın Zelenskinin və ya onun əvəzinin nəzarət edəcəyi hissəsinə” Rusiyaya “birbaşa təhlükə yarada biləcək” silahların almasına icazə verməyəcəyini” də deyib.
Bundan başqa, Sergey Lavrov Ukraynadakı müharibənin uzun sürməsinə görə də günahı Qərbin üzərinə atıb.
Tarix: 20-07-2022, 17:50
Xəbəri paylaş





Xəbər lenti