“Rusiyaya qarşı sanksiyalar Avropanın “ölümünə” səbəb olacaq” – Delyagindən İLGİNC AÇIQLAMA


“Dünyada strateji planlaşdırma ilə məşğul olmağı bacaranların əsas vəzifəsi Avropanı məhv etməkdir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin bildirib:
“Dünya 20-ci illərin sonu, 30-cu illərin əvvəllərindəkindən daha pis olacaq qlobal depressiyaya düşür. Bu vəziyyətdə hamı özünü dollarla sığortalamağa çalışır. Baxmayaraq ki, bu, pis fikirdir. Digər tərəfdən, görürük ki, dünyada strateji planlaşdırma qabiliyyətinə malik olanların əsas vəzifəsi Avropanı ortadan qaldırmaqdır” – rusiyalı deputat vurğulayıb.
Mixail Delyaginin sözlərinə görə, amerikalılar Rusiyaya qarşı ABŞ üçün minimal həssas olan sanksiyalar tətbiq edirlər:
“Onlar ingilislərlə birlikdə avropalıları bizə qarşı sanksiyalar tətbiq etməyə məcbur edirlər. Bu da avropalılar üçün ən həssas məsələdir” – deyə deputat fikirlərini yekunlaşdırıb.
Tarix: 20-07-2022, 22:37
Xəbəri paylaş





Xəbər lenti