Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Prezidenti tərəfindən Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi imzalanıb.
Belə ki, Putininin imzaladığı qanun layihəsində hərbi qulluqçuların hərbi xidmətə getməməsinə və fərariliyə, könüllü təslim olmaya və hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.