Rusiya nüvə silahının bir addımlığında: Lavrov şərtləri açıqladı


Rusiya nüvə silahının bir addımlığında: Lavrov şərtləri açıqladı 


Fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibədə istədiyi məqsədlərə çata bilməyən Rusiya hərbi səfərbərlik elan edib. 
Rusiya Prezidenti Vladimir Putin Qərbi nüvə təhlükəsi ilə təhdid edib. Putinin dünyanı narahat edən çıxışından danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın nüvə silahından istifadə etməyə hazır olacağını açıqlayıb.
Cebhe.info xəbər verir ki, Rusiyanın qismən səfərbərlik qərarı regionda gərginliyin tezliklə azalmayacağından xəbər verir. Dünya Putinin imzaladığı səfərbərlik qərarından və nüvə xəbərdarlığından danışarkən, Moskvadan yeni açıqlama gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın hansı şərtlər altında nüvə silahından istifadə edəcəyini dünyaya açıqlayıb. Britaniyanın "Daily Mail" qəzetində yer alan xəbərə görə, Lavrov Rusiyanın ilhaq etdiyi Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olacağını açıqlayıb.
Tarix: 25-09-2022, 16:31
Xəbəri paylaş





Xəbər lenti