Son 1 həftədə Rusiya-Gürcüstan sərhəddini keçənlərin sayı açıqlanıb


Göstərici əvvəlki həftə ilə müqayisədə 23,3 % çoxdur
Son 1 həftə ərzində “Yuxarı Lars” gömrük-keçid məntəqəsi vasitəsi ilə Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətə 115 min nəfər keçib.
Siam.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Osetiyanın hökumət rəsmisi İrbek Tomayev bildirib.
Onun sözlərinə görə, bu göstərici əvvəlki həftə ilə müqayisədə 23,3 % çoxdur.
İ.Tomayev əlavə edib ki, son 1 həftədə hər iki istiqmətdə 37 500 nəqliyyat vasitəsi hərəkət edib. Onun sözlərinə görə, hazırda Rusiya-Gürcüstan sərhədində 3500 minik avtomobili və 1300 yük maşını növbə gözləyir.
Tarix: 27-09-2022, 08:23
Xəbəri paylaş





Xəbər lenti