Rusiya ordusu Ukraynada aeroporta hava zərbəsi endirib


Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərindəki aeroporta hava zərbəsi endirib.
APA-nın xəbərinə görə, bu barədə Dnepropetrovsk şəhərinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Tvitterdə bildirib. Administrasiya rəhbəri qeyd edib ki, hava limanına X-59 raketləri ilə zərbə endirilib. Hava limanının infrastrukturu dağılıb. Aerodrom və avadanlıqlar istifadəyə yaramır.
Hava hücumu zamanı insan tələfatı olmayıb.
Tarix: 27-09-2022, 08:36
Xəbəri paylaş





Xəbər lenti