AEBA İranla dialoqun bərpa olunduğunu açıqlayıb


 
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranla təhlükəsizlik tədbirləri üzrə dialoqun bərpa olunduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə o, (AEBA) direktoru tviter hesabında yazıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru qeyd edib ki, o, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə görüşüb.
“Həll edilməmiş təhlükəsizlik məsələlərini aradan qaldırmaq üçün İranla dialoq bərpa edilib. Mən (İranın-red) vitse-prezidenti və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamini qəbul etdim”, - o deyib.
Tarix: 27-09-2022, 08:44
Xəbəri paylaş





Xəbər lenti