"Yeni səfərbər edilmiş rusiyalıların bir qismi artıq öldürülüb, digərləri isə əsir götürülüb..."





"Hər şey çox sürətlə baş verir. Onların taleyi kədərlidir, çünki onlara, ümumiyyətlə, hazırlaşmaq icazəsi verilmir..."
 
Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya Federasiyasının ilk səfərbər edilmiş vətəndaşları artıq Ukrayna ərazisində peyda olublar.
 
Moderator.az bu haqda yerli "Novoye vremya" nəşrinə istinadla xəbər verir.
 
Arestoviç bildirib ki, yeni səfərbər edilmiş rusiyalıların bir qismi artıq Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
 
"Onlar Svatovo, Liman və Kupyansk yaxınlığındakı müdafiə hissələrinin canlı qüvvəsini artırıblar. Lakin onların bəziləri artıq ölüb, digərləri isə  əsir götürülüb. Hər şey çox sürətlə baş verir. Onların taleyi kədərlidir, çünki onlara, ümumiyyətlə, hazırlaşmaq icazəsi verilmir", - deyə Arestoviç vurğulayıb.
 
Xatırladılır ki, sentyabrın 21-də Rusiya diktatoru Vladimir Putin Rusiya Federasiyasında "qismən" səfərbərlik elan edib. Bundan sonra rusiyalılar işğalçı ölkənin ərazisini kütləvi şəkildə tərk etməyə başlayıblar.
 
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, “qismən” səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi çağırılacaq. Rusiya müxalifət mediasının məlumatına görə isə, gizli səfərbərlik planları Ukraynaya qarşı müharibəyə 1 milyon rusiyalının göndərilməsini nəzərdə tutur...

Tarix: 28-09-2022, 08:30
Xəbəri paylaş





Xəbər lenti