Ukrayna Rusiyaya malların ixracına tam qadağa qoyub



Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib
Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın gömrük ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.
AYNA Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.
Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.
Baş nazirin birinci müavini Yuliya Sviridenkonun sözlərinə görə, bu yolla Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirir.
Tarix: 28-09-2022, 08:39
Xəbəri paylaş





Xəbər lenti