"Bu gün rusların 5 komanda məntəqəsi və 3 silah-sursat anbarı vurulub"


Ukrayna ordusu rus işğalçılarının beş komanda məntəqəsini, üç sursat anbarını və düşmənin canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 14 ərazini vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından məlumat verilib.
Qeyd olunur ki, Müdafiə Qüvvələrinin təyyarələri gün ərzində 4 zərbə endirib.
İki silah və hərbi texnikanın toplandığı yerin, eləcə də düşmənin iki zenit-raket kompleksinin vburulduğu təsdiqlənib. Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə bölmələri İranın səkkiz pilotsuz uçuş aparatını vurub.
Bu gün ərzində raket qoşunları və artilleriya qurğuları 5 komanda məntəqəsini, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 14 ərazini, döyüş sursatı və yanacaq-sürtkü materialları olan üç anbarı, həmçinin işğalçıların 15-dən çox digər mühüm obyektini vurub.
Tarix: 2-10-2022, 21:27
Xəbəri paylaş





Xəbər lenti