Ukraynaya səfərbər edilmiş üç əsgər öldü


Rusiyanın Sverdlovsk vilayətindəki hərbi hissədən Ukraynaya səfərbər edilmiş olan üç əsgər bir anda həlak olub.
Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, məlumatı Dövlət Dumasının Sverdlovsk vilayətindən olan deputatı Maksım İvanov da təsdiqləyib.
“Bəli, təsdiq edirəm, artıq üç ölü var. Səfərbərlikdə olanlardan biri hücumdan ölüb, digəri isə intihar edib. Üçüncüsü isə evə buraxılıb və dərhal qaraciyər serrozundan dünyasını dəyişib”, – o deyib.
“Baza” “Telegram” kanalının məlumatına görə isə tank təlim mərkəzinin yeməkxanasında intihar edən 46 yaşlı kişinin meyiti tapılıb. Onun intihar etdiyi hərbi hissə Poroşino kəndində yerləşir.
Tarix: 3-10-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti