ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir



Sanksiyalar siyahısında bəzi məmurların da adları var
ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Siyahıya iki nazir də daxil olmaqla daha 7 məmurun adı daxil edilib.
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları "qara siyahı"ya salınıb.
Məhdudiyyətlər "İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən" şəxslərə şamil edilir.
Tarix: 7-10-2022, 08:16
Xəbəri paylaş





Xəbər lenti