Krım körpüsündə baş verən partlayışda 3 nəfər ölüb




İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb
İlkin məlumatlara əsasən, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir
“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.
Müstəntiqlər yük maşını və onun sahibi haqqında məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.
Tarix: 8-10-2022, 22:36
Xəbəri paylaş





Xəbər lenti