Ukrayna ordusu Rusiya PUA-larını məhv edib


Ukrayna hərbi aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar günü, martın 26-da səhər hesabatında bildirib.
Ukrayna hərbçiləri düşmənə məxsus Orlan-10 və Superkam tipli 2 PUA-nı məhv etməyə müvəffəq olub.
"Raket və artilleriya bölmələri öz növbəsində üç komanda məntəqəsini və düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi beş ərazini vurub", - məlumatda deyilir.
Tarix: 26-03-2023, 18:48
Xəbəri paylaş





Xəbər lenti