Stoltenberqdən Ukraynanın NATO-ya qəbulu ilə bağlı VACİB AÇIQLAMA

 
Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər NATO-nun baş katibi Yens Stoltenberq telemarafonda ukraynalılara müraciəti zamanı səslənib.
Onun sözlərinə görə, Ukraynanın Alyansa qoşulması məsələsi artıq “əgər” yox, “nə vaxt” məsələsidir.
“Prezident Putin bu müharibəyə NATO-nun qapılarını Ukraynanın üzünə bağlamaq və onun öz yolunu seçmək hüququnu əlindən almaq üçün başladı. Lakin bunun tam əksi baş verdi”, - deyə Stoltenberq bildirib.
Tarix: 24-02-2024, 21:33
Xəbəri paylaş





Xəbər lenti