Almaniyalı nazir Odessaya GETDİ




Almaniyanın xarici işlər naziri Annalena Baerbok ukraynalı həmkarı Dmitri Kuleba ilə Odessaya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DPA agentliyi yayıb.

Mənbə yazır ki, onların şəhərə səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib. 

Qeyd edək ki, fevralın 23-də Baerbok və Kuleba BMT Baş Assambleyasının iclasında iştirak etdikləri Nyu-Yorkdan Almaniya hökumətinin təyyarəsi ilə Berlinə gəlmişdilər.
Tarix: 25-02-2024, 12:11
Xəbəri paylaş





Xəbər lenti