“Ukrayna ancaq öz ərazilərində silahdan istifadə edəcək” – Zelenski

bitmap-img6

“Ukrayna yalnız özününkü hesab etdiyi ərazilərə hücum etmək üçün Qərb silahlarından istifadə edəcək”.

Yeniavaz.com Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən başqa ərazilərdə tərəfdaşlarının silahlarından istifadə etmək imkanı və hüququ yoxdur və heç vaxt istifadə etməyəcək”, - o, müvafiq sualı cavablandırarkən deyib.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, Vaşinqton və onun müttəfiqləri 2022-ci ilin fevralından bəri Kiyevə 85 milyard dollardan çox hərbi yardım edib.
Tarix: 25-02-2024, 22:01
Xəbəri paylaş





Xəbər lenti