"Sərhədlər güclə dəyişdirilə bilməz" - Olaf Şolts


"Biz müttəfiqlərimizlə o qədər güclü olmalıyıq ki, kimsənin bizə hücum etməyə cəsarəti çatmasın..."

"Təhlükəsizlik olmadan nə azadlıq, nə demokratiya, nə də insan haqları ola bilər..."
 
Dünya liderləri ukraynalılara müraciət edib
 
Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü ilə əlaqədar olaraq ukraynalılara müraciətlə çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tlqrm.ru" nəşri məlumat yayıb.
 
"Sərhədlər güclə dəyişdirilə bilməz, - Şolts vurğulayıb və Ukraynaya bundan sonra da dəstək veriləcəyinə əmin edib. 
 
Kansler həmçinin çəkindirmə siyasətinin gücləndirilməsinin və Avropanın müdafiəsinin möhkəmləndirilməsinin zəruri olduğunu deyib. 
 
"Biz müttəfiqlərimizlə o qədər güclü olmalıyıq ki, kimsənin bizə hücum etməyə cəsarəti çatmasın", - Şolts deyib.
 
"Təhlükəsizlik olmadan yerdə qalanlar heç nədir. Təhlükəsizlik olmadan nə azadlıq, nə demokratiya, nə də insan haqları ola bilər", - kansler qeyd edib və əlavə edib ki, NATO belə təhlükəsizliyə ən yaxşı zəmanət olaraq qalır".
 
Şolts etiraf edib ki, son illər bundesverə "lazımi diqqət yetirilməyib", lakin bu, artıq keçmişdə qalıb. Hakimiyyət onilliklər ərzində ilk dəfə olaraq müdafiəyə ÜDM-in 2 faizini investisiya edir. 
 
Şolts dəqiqləşdirib ki, pullar yeni helikopterlər və qırıcılar, freqatlar və sualtı qayıqlar, habelə modernləşdirilmiş piyadaların döyüş maşınlarına ayrılacaq. Bundan başqa, hava hücumundan müdafiə raketlər və polotsuz uçuş aparatları ilə genişləndiriləcək.
 
Şoltsla bərabər ukraynalılara dünyanın digər liderləri də müraciət edib. Onların arasında Kanada və İspaniya baş nazirləri Castin Trüdo və Petro Sançes, Avropa İttifaqının prezidenti Şarl Mişel də var.
 
Onlar tammiqyaslı hərbi müdaxilənin ikinci ildönümü ilə bağlı ukraynalılara müraciət ünvanlayıb.
 
"Biz sizin cəsurluğunuzdan heyrətə gəlmişik və nəyin bahasına olursa-olsun, sizinlə birgə olacağıq", - Trüdo deyib.
 
Ukraynada müharibənin iki ili
 
Bu gün müharibənin ikinci ildönümündə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğalçıların itkiləri ilə sevinc yaşadıb. Düşmənin dəyəri 300 milyondan çox olan "A-50" təyyarəsi vurulub.
 
Fevralın 24-də Avropa Komissiyasın rəhbəri Ursula fon der Lyayyen, Kanada baş naziri Castin Trüdo, İtaliya baş naziri Corcia Meloni və Belçika baş naziri Aleksander de Kroo Kiyevə gəlib.
Tarix: 25-02-2024, 22:23
Xəbəri paylaş





Xəbər lenti