Paşinyanın seçilməsi Rusiyanın böyük planını boşa çıxarıb - Ermənistandan açıqlama

Paşinyanın seçilməsi Rusiyanın böyük planını boşa çıxarıb - Ermənistandan açıqlama

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında "2021-ci ildə erməni xalqının Ermənistanın Rusiya ilə Belarusun İttifaq dövlətinə daxil edilməsi ilə bağlı böyük planı boşa çıxardığını" deyib.
Simonyan deyib: "Erməni xalqının 2021-ci ildə nə elədiyini təsəvvürünüzə gətirə bilməzsiniz: seçkilərdəki qərarı ilə o, geosiyasi məsələni həll elədi - bəlkə qeyri-şüuri, bəlkə də müəyyən dərəcədə şüurlu şəkildə böyük geosiyasi planı puç elədi".
Jurnalistlərin hansı plandan söhbət getdiyi barəsində sualının cavabında Simonyan deyib: "Ermənistanı Rusiya ilə Belarusun ittifaq dövlətinin üzvü etmək planının. Bu, böyük bir plandır".
Simonyan eyni zamanda Ermənistanın rəsmən belə təklif almadığını da qeyd edib: "Yox, onlar bu təklifi birbaşa vermirlər, onlar elə bir vəziyyət yaradacaqdılar ki, hakimiyyətə təzə gələnlər özlərindən əvvəlkiləri - yəni bizi günahkar adlandıraraq desinlər: təhlükəsizlik məsələsinin həlli üçün Rusiya ilə Belarusun İttifaq dövlətinin üzvü olmaqdan başqa yolu yoxdur". 
Hurriyyet.az
Tarix: 1-03-2024, 09:48
Xəbəri paylaş





Xəbər lenti