Ermənistandan Türkiyəyə təcili təklif: "Elə bu gün sərhədlər açılsın"

Ermənistandan Türkiyəyə təcili təklif:

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyənin Antalya şəhərində keçirilən Diplomatik Forumun çərçivəsinində keçirilən Cənubi Qafqazda sülh mövzusunda müzakirələrdəki çıxışı zamanı deyib: "Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi gedir". 
Diplomat deyib: "Ermənistan ilə Türkiyə arasındakı münasibətlərdə dərin tarixi kontekst olduğu sirr deyil. Lakin Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına hazırdır və sərhədlərin hətta indi, bu gün və səhər açılmasına hazırdır".
Rubinyan deyib ki, Türkiyənin təmsilçisi Serdar Kılıç razılaşsa, onlar hətta indi bu barədə bəyanat verə bilərlər və bugünkü forum tarixə düşər.
Rubinyan qeyd edib ki, Ermənistan ilə Türkiyənin sərhədlərinin bağlı qalması üçün heç bir səbəb olmamalıdır.
Tarix: 1-03-2024, 21:55
Xəbəri paylaş





Xəbər lenti