Rusiyada İES-də partlayış – 18 yaralı var


Tuvanın Uluq-Xem rayonundakı Şaqonarskaya İstilik Elektrik Stansiyasında kəmər konteyneri olan yanacaq tədarükü məntəqəsində partlayış baş verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə rayon administrasiyası “VKontakte” səhifəsində məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon baş idarəsindən verilən məlumata görə, martın 6-da səhər saatlarında qazanxanada yanğın və güclü tüstülənmə barədə məlumat daxil olub. Yanğın 50 kvadratmetr ərazini əhatə edib.
Rayon administrasiyasından bildirilib ki, hadisə nəticəsində 18 nəfər yaralanıb, daha üç nəfərin axtarışı davam etdirilir.
Qeyd olunub ki, İES-in qazanları salamtdır:
“Partlayış yalnız kəmər konteyneri olan yanacaq tədarükü məntəqəsində baş verib. Qazanlar tam vəziyyətdədir”.
Tarix: 6-03-2024, 10:29
Xəbəri paylaş





Xəbər lenti