“Bayden qocadır, amma Tramp təhlükəli qocadır” –Hillari Klinton

“Bayden qocadır, amma Tramp təhlükəli qocadır” –Hillari Klinton
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident Baydenə səs verməyə çağırıb.

Azpost.info Mail-ə istinadən bildirir ki, Klinton Baydenin çox qoca olması barədə səslənən fikirləri şərh edib və dövlət başçısının yaşlı olduğunu etiraf edib. Bununla yanaşı Klinton bildirib ki, amerikalılar demokratiyanı Donald Trampdan xilas etmək üçün Baydenə səs verməlidirlər.

Klinton radio aparıcı Zerlina Maksvelləmüsahibə verərkən Co Baydenin yaşını şərh edib.

“Keçən gün kimsə mənə dedi ki, bilirsən, Co Bayden qocalıb. Mən dedim: “Bəli, Co Bayden qocalıb. Gəlin reallıqla üzləşək. Co Bayden qocadır. Bizdə yaşlı, lakin işi effektiv şəkildə yerinə yetirən və demokratiyamıza təhlükə yaratmayan bir namizədlə demokratiyaya təhlükə yaradan digər qoca namizəd də var. Həmin namizəd də qocadır, danışanda onu çətinliklə başa düşmək olur, demokratiyamız üçün təhlükədir”-deyə Klinton 77 yaşlı Trampın “bostanına” daş atıb.
Tarix: 8-03-2024, 12:36
Xəbəri paylaş





Xəbər lenti