Rusiya və Çin niyə Ayda Atom Elektrik Stansiyası tikməyi planlaşdırır?

Rusiya və Çin niyə Ayda Atom Elektrik Stansiyası tikməyi planlaşdırır?Çin KP baş katibi Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin

Kosmik tədqiqatlar və texnologiya sahəsində əhəmiyyətli irəliləyişlər əldə edən Rusiya və Çin yaxın iyirmi ildə Ayın səthində atom elektrik stansiyası qurmaq planlarını açıqlayıb. Bəs bu iki ölkənin birgə işləməsində məqsəd nədir?

Bizimyol.info xəbər verir ki, "webtekno"nun dərc etdiyi yazıda qeyd edildiyinə görə, Ayın əsrarəngiz diyarlarına addım-addım yaxınlaşan bəşəriyyət səmada yeni dövrə başlamağa hazırlaşır.
Rusiya və Çinin 2035-ci ilə qədər Ayın sakit tozunun üzərində əl-ələ verib atom elektrik stansiyası tikmək planları təbii olaraq bütün dünyanın diqqətini cəlb edib.
Ayın iki həftəlik gecəsi ilə məhdudlaşan günəş panellərindən fərqli olaraq, nüvə elektrik stansiyası davamlı elektrik enerjisi təmin edə və uzunmüddətli yaşayış üçün şərait yarada bilər.
Bu əməkdaşlıq səyi uğurlu olarsa, deyəsən kosmosun tədqiqində təməlqoyma uğurunun şahidi olacağıq. Rusiya Kosmik Agentliyinin prezidenti tərəfindən səciyyələndirilən birgə layihə Ayın səthində elmi tədqiqatları dəstəkləmək üçün infrastrukturun yaradılması da daxil olmaqla, Ayın kompleks inkişafı proqramını nəzərdə tutur.
Deyə bilərik ki, Rusiya-Çin Ay nüvə enerjisi təşəbbüsü bəşəriyyətin yerdənkənar mövcudluğunun qurulmasında irəliyə doğru cəsarətli addımdır.
Bu layihə sabit atom elektrik stansiyası təmin etməklə Ayın kəşfiyyatına yol aça bilər və potensial olaraq Yerdən kənarda daimi bazalar yarada bilər.
Birinci mərhələ Rusiya və Çinin Ayı birlikdə tədqiq etmələri və Ay stansiyası üçün ən yaxşı yeri müəyyən etmələridir. Hazırkı mərhələdə Rusiya tərəfinin “Luna-Glob” desant aparatından istifadə etməyi planlaşdırdığı məlumdur.
İkinci mərhələ Ay bazası üçün idarəetmə mərkəzinin yaradılmasıdır. Enerji, rabitə və nəqliyyat xidmətlərini təmin etmək üçün orbital modullar quraşdırılacaq.
Üçüncü mərhələ Ayın səthinin tədqiqi və Ay stansiyası modullarının funksionallığının artırılmasıdır.
Ölkənin Ayın kəşfiyyatı işlərinin rəhbəri Vu Veyren, Çinin 2022-ci ildə Ayda daimi bazanı dəstəkləmək üçün istifadə olunacaq yeni tip atom elektrik stansiyası üzərində işlədiyini açıqlayıb.
"Hazırda biz nüvə enerjisinin yüksək enerji və uzunmüddətli təchizatı təmin edə biləcəyi yeni enerji sistemini inkişaf etdiririk. Rabitə qurğusu həmçinin Ay və Yer arasında və ya Mars kimi digər planetlərlə əlaqə yaratmağa imkan verə bilər", - deyib.
Hesabatlar göstərir ki, qurğu bir meqavat enerji istehsal edə bilər ki, bu da NASA-nın öz Ay nüvə reaktoru ilə istehsal etməyi planlaşdırdığı bir kilovatlıq reaktordan təxminən 100 dəfə çoxdur.
Bu layihənin uğuru, görünür, Ayın tədqiqi və məskunlaşmasına qlobal marağı artırır. Kim bilir, bəlkə də tezliklə yenidən kosmik yarışları görməyə başlayacağıq.
Bizimyol.info
Tarix: 12-03-2024, 11:03
Xəbəri paylaş





Xəbər lenti