Rusiyada daha bir müəmmalı ölüm - "Lukoil"un vitse-prezidenti kabinetində ölü tapılıb


“Lukoil”un vitse-prezidenti Vitali Robertus öz kabinetində ölü tapılıb.
"AzPolitika" Rusiya mətbuatının istinadla xəbər verir ki, o, bir neçə saat ofisindən çıxmayıb və telefonlara cavab verməyib.
İşçilər ofisə girmək qərarına gəliblər və bu zaman onun cansız bədəni ilə qarşılaşıblar.
İlkin məlumata görə, o, intihar edib.
Qeyd edək ki, 53 yaşlı V. Robertus 30 il "Lukoil"da çalışıb. O, son 2 ildə adıçəkilən şirkətin həyatını itirən 4-cü top-meneceridir.
Tarix: 14-03-2024, 14:14
Xəbəri paylaş





Xəbər lenti