Avropa Parlamenti Rusiyadan Rumıniya qızıllarını geri qaytarmağı tələb edib

Avropalı deputatlar Rusiyadan 1916-cı ildə saxlanmaq üçün təhvil verilmiş qızıl ehtiyatlarını Rumıniyaya qaytarmağı tələb ediblər.
Eyni zamanda, Avropa Parlamentinin üzvləri milli, o cümlədən mədəni sərvətlərin qaytarılmasına çağırıblar.
Avropa Komissiyasına siyasi dialoq bərpa olunana kimi onların qaytarılması məsələsini Rusiya ilə ikitərəfli diplomatik gündəliyə daxil etmək tövsiyə olunub.
Qeyd edək ki, Buxarest 1916-1917-ci illərdə qızıl ehtiyatlarını, mədəni, dini və arxiv sərvətlərini saxlamaq üçün Moskvaya köçürüb.//Oxu.az
Tarix: 15-03-2024, 10:28
Xəbəri paylaş





Xəbər lenti